Buraxsanız məni, çəkəcək dara,Əl-aman əlindən bax bu qız, bu qız.Qonumu, qonşunu gətirib zara,Cümləsi deyərlər ax bu qız, bu qız.

Bilin, unudacaq o haqqı, sayı,Yaxşını, yamanı, pisi, qolayı,Götürüb əlinə bir çatma tayı,Gör necə durubdu şax, bu qız, bu qız.

Məhəmmədəm, sizə eylərəm minnət,Qoymaym qanımı tökə bu cəlləd1,Çıxsanız aradan, versəniz möhlət,Məni doğrayacaq bax bu qız, bu qız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets