Yaşamağı sevirəm...

Manafzadə Sabit yoldaşıma

Mən bir əzəli aşiqiyəm rəngi-baharın,Rüxsari-bahar açmada əzhari-həyatı.

Məftunəm, əvət, ruyi-dilarami-həyatə,Var çünki həyatın dodağında nəğəmatı.

Ciddən yaşamaq qayeyi-amalım, a Sabit,İçmək diləməm eyni-həyat olsa məmatı.

Gördüm ölümü xahiş edənlər züəfadır,Qüvvətlilər istər yaşamaq min sənəvatı.

Gördükcə gözüm yerləri qarlarla kəfənpuş,Çeşmimdə əyan olmada qəbrin zülümatı.

Zə'f əhli dilər mövti ki, şayani-ədəmdir,Bilmiş ki, tükənmişdir onun qüvvəti-zatı.

Fəryadü fəğan, ahu ənin, naleyi-cansuz –Düşkünlərin aləmdə budur həp nəqəratı.

Eşq əhlinə bax, boynu bükük, bağrı yanıqlı,Avarə yetimlər kimi bitməz nəvəhatı.

Aşiq özü də dünkünüdür sərvəti-hüsnün,Düşkünlərin əcfanı qucaqlar qətəratı.

Lakin gülüyor gözləri məğrureyi-hüsnün,Parlaq üzünü öpmədə kibrin ləmə'atı.

Nəxvət sizə layiq, sizə bir həqqi-təbii,Vermiş sizə hüsn alihəsi kibr bərati.

Dildadeyi-azadəsiyəm fəsli-rəbiin,Bənzər qadına incə, müzəhhər vərəqatı.

Mə'yus olamam haldən, əlbət rüxi-fərda–Məşriqdə də parlar, gözəlim, çöhreyi-ati.

Ati əməlilə yaşayır dəhrdə əqvam,Mə'yusların bağlı qalır rahi-nicatı.

Bir qövm ki, donmuş hərəkətgahi-cahanda,Durmuş demək, iştə, o həyatın hərəkatı.

Donmaq da ölüm, hər hərəkət bir dirilikdir,Ərbabi-məmatın donar, əlbət, mələkatı.

Sabitqədəm olmaz bu cədəlgahdə, Hadi,Bir qövm ki, yoxdur rəhi-əzmində səbatı.

6 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love