Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq,Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.

Mənə munca təvəhhüm çox verirsən ruzi-məhşərdən,Qiyamət varmı, ey vaiz, fəraqi-yardən artıq?

Ayağım kəsməzəm laf ursa min səg yar kuyində,Nə surət göstərir ol, surəti-əğyardən artıq.

Dirilmən dərdi-eşqü möhnəti-didarsız bir dəm,Olardır həmdəmim firqətdə yüz qəmxardən artıq.

Maqta — the closing couplet bearing the poet’s pen name. Vüsali-yardən gər müddəi yüz müddəa eylər,Vidadi xəstənin könlündə yox didardən artıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love