Yanar cismim bu gün atəşlərə canü cigərdən çox
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yanar cismim bu gün atəşlərə canü cigərdən çox,Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox.
Açılmaz taleim sübhü, olubdur tirə əyyamım,Salıbdır bəxtimi bu dideyi-dövran nəzərdən çox.
Görüb əhvalımı tə’n etmə, ey tənpərvəri-dövran,Həvayi-eşq ilə çox qissələr keçdi bu sərdən çox.
Demə, ey deyil, cahanda yox mənim tək dəhr pamalı,Nə vardır aləmi-möhnətdə sən tək dərbədərdən çox.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsibin, ey Vidadi xəstə, təqdiri-qəzadəndir,Təhəmmül eylə, fikr et, görmə nöqsanın bəşərdən çox.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-yanar-cismim-bu-gun-ateslere-canu-cigerden-cox
Use ← → keys to move, R for a random poem
More by this author
Gərçi yüz min aləm içrə var yarından cüda,Heç kəs mən tək deyil pərvərdigarından cüda.
Həbibim, ta səni mən sevmişəm əşraf arasındaHəbibim, ta səni mən sevmişəm əşraf arasında,Vücudum, atəşi-eşqin yanıbdır saf arasında.
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdəKönül səbrü qərar etməz, gedər yar olmayan yerdə,Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə.
Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmişMənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.