Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.

Tamaşa eylədim üstündə heç əl gəzməmiş guyaÇəkib bir surə öz cismi kimi nazik tikən tikmiş.

Bilir hər kəs, çıxar xoş nazik işlər nazəninlərdən,Bəli, bir lalə üzlü, sərviqəd, nəsrinbədən tikmiş.

Uzaqdır, ey həbibim, böylə iş naəhl olanlardan,Yenə bir dərmənd, eşq əhlinin qədrin bilən tikmiş.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nə xoş olmuş Vidadi xəstənin əhvalına vaqifKi, sə’y etmiş bilib onu, bir əhvalə yetən tikmiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love