Ey fələk, əlindən dad etməyimmi,Sən məni dərdə bac eyləmədinmi?İtirdin gözümdən yari-həmdəmi,Taydan-tuşdan ixrac eyləmədinmi?

Qəvvas olub eşq bəhrin üzərkən,Sevda səməndini minib gəzərkən,Özgələrin əyrisini düzərkən,Öz işimdə qiyqaç eyləmədinmi?

Mən necə səbr edim ha belə dərdə,Canü cismim oldu sağ ikən mürdə,İşim saldın hər nakəsə, namərdə,Onlara məni möhtac eyləmədinmi?

Gündən-günə dərdim oldu ziyada,Axırda ömürüm getdi bərbada,Keçən günlər bir-bir düşdükcə yada,Əşkimi pürəmvac eyləmədinmi?

Gör necə düşübdür Vidadi xəstə,Nitqi lal olubdur, zəbanı bəstə,Qəm ləşkəri durub dəstəbədəstə,Könül şəhrin tarac eyləmədinmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets