Pəri
Boyun sürahidir, bədənin büllur,Gərdənin çəkilmiş minadan, Pəri!Sən ha bir sonasan, cüda düşübsənBir bölük yaşılbaş sonadan, Pəri!
İxtilatın şirin, sözün məzəli,Şəkər gülüşündən canlar təzəli,Ellər yaraşığı, ölkə gözəli,Nə gözəl doğubsan anadan, Pəri!
Üz yanında tökülübdür tel nazik,Sinə meydan, zülf pərişan, bel nazik,Ağız nazik, dodaq nazik, dil nazik,Ağ əllərin əlvan hənadan, Pəri!
Ovçusu olmuşam sən tək maralın,Xəyalımdan çıxmaz hərgiz xəyalın,Ənliyi, kirşanı neylər camalın,Sən elə gözəlsən binadan, Pəri!
Günəş təki hər çıxanda səhərdənAlırsan Vaqifin əqlini sərdən.Duaçınam, salma məni nəzərdən,Əskik olmayasan sənadan, Pəri!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-peri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi