Öpəydim
Əldə ayna, gözə sürmə çəkəndəAla gözün bulağından öpəydimZənəxdanın çevrəsindən, xalındanQələm qaşın qabağından öpəydim
Zülf ilən bəzənib gələndə üzünYenə can almağa qəsd edir gözünVəsfi-zəbanından çıxanda sözünDilin, dişin, dodağından öpəydim
Alaydım yaşmağın, açıb kəmərinÇıxarıb əynindən zərbafın, zərinİyləyb-iyləyib zülfi-ənbərinÜzdən sonra buxağından öpəydim
Vaqifin bağrını döndərib közəYar odur yarının gövrünə dözəYarım sallanıban gələndə bizəDüşübən əl-ayağından öpəydim.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-opeydim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey könül, haqqa iladət qıl Cümə gün,Zikr eylə, qəlbin pasını sil Cümə gün.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,