Mürəbbə: Başına döndüyüm, ey şahi-xuban
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,Qövsi-qüzeh çəkilibdir aradan,Tənə vurur ol səmaya qaşların
Həsrətini çəkən mənim tək hanı,Ol mina gərdənin olam qurbanı,Bədr olur şö'ləsi dutar cahanı,Bənzər nuri-təcəllaya qaşların
Firqət dağı əlif qədim yay etdi,Zəhmətimi puç elədi, zay etdi,Dərdi-hicran bir-bir üstə cay etdi,Saldı məni bu sevdaya qaşların
Bilməz gözüm baxa bunun hansına,İki zülfün ucu bənzər yasına,Qorxuram düşəsən eşq sevdasına,Axır gələ iltəcaya qaşların
Yoxdur bu dünyada yar həmdəm,Gündən günə artır möhnətim, qəm,Mənzurim qərq oldu dəryada gəmim,Qoymaz yetəm təmənnaya qaşların
Kitabxana.az · https://kitabxana.az/en/works/menzur-el-sairi-murebbe-basina-donduyum-ey-sahi-xuban
Use ← → keys to move, R for a random poem
More by this author
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
AğlaramEy cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Poems by other poets
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
– Bulaq, gözəl bulaq, belə axıb sən– Bulaq, gözəl bulaq, belə axıb sənSöylə, bu dağlardan hara gedirsən?
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.