Ey həmdəmim, səni qanə qərq elər,Gəl tərpətmə yaralanmış könlümü.Ayrı düşmüş vətənindən, elindən,Həmdərdindən aralanmış könlümü.

Könül verdik hər bivəfa yadlara,Hayıf oldu ömür, getdi badlara,Fələk saldı dürlü-dürlü odlaraŞan-şan olmuş, paralanmış könlümü.

Qanlı yaşım gündən-günə bollandı,Axdı, axdı sinəm üstə kölləndi,Yenə qəm sinəmi mindi yollandı,Heç bilməzəm yaralanmış könlümü.

Gözüm yaşı gündən-günə fərq elər,Eyb eləmək məni qana qərq elər,Rövşən etməz yüz min günəş — bərq elər-Bu möhnətdə qaralanmış könlümü.

Vidadiyəm xəstə gözüm mərdümi,İtirmişəm qoşunumu, ordumu,Çox təbibə şərh eylədim dərdimi,Heç görmədim çaralanmış könlümü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets