Şairi-zindəruh

Bir taqım cahilanü naəhlan –Düşməni-fikri-feyzbarın idi.Həmzəbanilərindi biməğzan,Vətənin duzəxi diyarın idi.Sən yaşarkən də xütteyi-Şirvan –Dirilərlə dolu məzarın idi.

İstirahətgahi-ədəmdə bu gün,Uyu, əmma ki, millətə küskün.

Qaçdı yarani-şe'rü təhririn,Səndin amacı tiri-təkfirin.Səni də bilmədi o mülki-xərab,Ey olan ziynəti-dərüni-türab.Oluyorkən nəşidəxani-həyat,Səni də ovladı üqabi-məmat.Edərək əlvida Şirvanə,–Azim oldun cəhani-nisyanə.

İstirahətgahi-ədəmdə bu gün,Uyu, əmma ki, millətə küskün.

İstanbul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland