Tofiq Fikrət bəyə

Şe'rin üfüqlərində bu gün bir sədayi-lal,Fikrin səmalarında birər zilli-infial,Bəzmi-ədib təhi nəğəmi-dilnəvazdən,Afaq oylə boş ki, əvət, suzi-sazdən,Bir məqbərin sükutuna bənzər zəmini-şe'r,Bilməm nə oldu, ah, təningüzini-şe'r?!Dilsiz durur rübabi təningahi-Fikrətin,Tarı qırıldımı o Rübabi-xəyalətin.Zənn etmə sən şikəstə fəqət bir rübabdır,Fikrət, bu gün şikəstə qülubi-şəbabdır.Müxbir nigahlərlə şəbabi-münəvvərə–Baxmaqdadır sənə, nə həzin, qəmli mənzərə!..Şe'rin səmayi-safını bir Sis tutub ki, ah,Məstureyi-zülamdurur nuri-intibah.Dil pürsükun, fikr pərişan, ədəb xərab,Küskün bu gün sənə dili-ərbabi-inqilab.Çünki həqiqəti dolaşırkən xəyalınız,İlhamzari-şe'rü ədəbkən kəmalınız,Kəskin düşüncələrlə dələrkən sərairi.Feyfayi-sənihatın, əya şanlı sairi,Sən söylə ey! Nədir bu dərin əbkəmiyyətin –Əsbabı, ey yeganə dühası bu ümmətin?!Bilsəm neçin qırıldı şu əfkari-nurbal,Ey xəndəzar şahidi-əş'ar olan xəyal!Ey bir xəyal mədfəni parlaq həqiqətin,Ey zinəti-məziyyəti afaqi-sən'ətin,Afaqi-sən'ətindəki bir qətrə əşki-tər –Məmzucdur şe'rlərin ateşlə abdən,Fikrin təkəvvün etdi sənin inqilabdən!Maziyə, zülmə, zülmətə üsyan edən qələm –Xamən deyilmidir sənin, ey nami möhtərəm?Al dəstinə o xameyi-səmsamvarını,Saç aləmə bədayei-sən'ətşüarını.Bir ruhi-tazə bəxş edib əndami-sən'ətə,Aç e'tila səması yenə fikri-millətə.Bir çox kəfənli fikr məqabirgüzindir,Parlaq bir əsr içində bu qayət həzindir!Öksüz fikirlərin pədəri-sayədarısan,Aqil böyüklüyün bizə bir yadigarısan.Biz də həyat istəriz, ey xaliqül-ədəb,Parla ziyalarınla, əya bariqül-ədəb!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets