Nasıl yüksəlməli?
(Böyük Tofiq Fikrətə kiçik töhfə)Yüsəlməli, toxunmalı alnın səmalərə,Doymaz bəşər dedikləri qış e'tilalərə.Tofiq Fikrət
Yüksəlməli! Fəqət nə ilə, ey böyük ədib?Ey bağını xəzan görərək susmuş əndəlib!
Hürriyyətin qanadları lazımdır uçmağa,Yüksəkdən enməyən mədəni yarı qucmağa.
Yüksəlməyə təməddünün əflaki-pakinə,Ermək gərək isə səhəri-tabnakinə.
Sərbəst pərlər istəyir ol aləmi-bülənd,Bizlərsə hər cəhətdən, əvət, bəndi-dərkəmənd.
Əfkarımız əsiri-xürafati-əvvəlin,Azadədir də cəhlimiz, ey şairi-güzin!
Övham hürr, hakimi-mütləq bu millətə,Ey nəbzaşina, nə dəva var bu illətə?
Nəbzaşina təbibi də sevməz əcəl-qərin,Gəlməkdədir məşamına pis buyi-ənbərin.
Çünki məşamı dust deyil buyi-ənbərə,Korkən belə uzatmayır əl gözlü rəhbərə.
Kor rəhbər istəyir gözükor, ah, ah, ah!Bədbəxt bilməyir ki, yolunda dəhani-çah.
Yol göstərənləri qovuyor gümrəhi-səfil. Səbəb?Çox əsrlər qaranlıq olubdur buna dəlil.
Çox əsrdir ki, gözləri olmuş şəbaşina,İndi qaranlığı sanıyor sübhi-rövşənə.
Hansı əlacdır ki, kor etdi bu milləti?Hala bilən də olmadımı bu həqiqəti?
Bilməm nə gündə bir anamız böylə bir həyat –Doğsun ki, ölsün işte bu Şərqi udan məmat,
Yə'ni ki, bir dühayi-xürüşanü ataşin,Yumşalsın odlarilə bu cəm'iyyəti-xəşin.
Artıq yetər, yetər, yetər oldu bu halımız,Xurşid pək sönük, sönük işte hilalımız.
Alçalmağa bizdə var ikən bu ibtila –Bilməm, nasıl müyəssər olur Şərqə e'tila?!
Alçalmağa rəhbər olanlar səmaməqam,İrşadkar bu qövmcə şayani-intiqam.
Fikrət, əya Şərqdə yekta doğan düha!İdealı yox bu millətə varmı rəhi-rəha?
Əfkarı sırf əzməyə ərbabi-fikrəti,Hala zavallı bilmədi qanuni-fitrəti.
E'lani-hərb edən bu qəvanini-aləmə,Də'vətlidir bu ağladıcı bəzmi-matəmə.
Gəlsin əzayə milləti-mərhumə, ağlasın,Heç gülməsin də, ayları matəmli saxlasın.
Zatən da matəmə bürünübdür həyatımız,Göz yaşları lə həp sulanır kainatımız.
Qərbin üzündə xəndə, bizim çeşmimizdə ab,Qərbin həyatı şən də, bizimki yazıq, xərab!
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-nasil-yukselmeli
Use ← → keys to move, R for a random poem
More by this author
Alati-tərəb, dinlə, nə təqrir ediyorlar,Gizlin içiniz bədəni, təkfir ediyorlar.
Ümidi-vüsali-canan, yaxud qəm yeməMahi-Kən'anın gəlir, ey piri-Kən'an, qəm yemə,Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə.
Təraneyi-tövhidƏsarət bəndin aç, əhrarvəş bir qəsdi-bala qıl,Fəzayi-feyzi gör, kami-dilincə xoş tamaşa qıl.
Bir iranlının lisanındanBu yük altındakı bir insandır,Milləti-dağidari-İrandır.
Poems by other poets
Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
ŞirindirEşit sözlərimi, əziz qardaşım:Çarəsiz xəstəyə dərman şirindir.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,