Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.

Gün yüzün gördükcə, vallahi, bu könlüm şad olur,Həq səni var eyləsün, dövlətli sultanım mənim.

Sən fərağət, şadü xürrəm, mən qılıram nalələrXoşmidir, dilbər, sana bu ahü əfğanım mənim?

Həsrətindən xəstə oldum, dərdimi bilməz təbib,Dilbəra, vəslindədir, var istə dərmanım mənim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Həbibim, iştə ğori mədhini təkrar edəm,Bülbüli-şuridənəm, sənsən gülistanım mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love