Ey afitabi-dövlət, vey kövkəbi-hidayət
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.
Şəmi-rüxi-cəmalın bir nuri ləmyəzəldir,K-ənvarinə bulunmaz hərgiz anın nihayət.
Ey nuri mehri-aləm, bir məhdürür ki, yüzün,Mehr ilə mahə eylər hər dəmbədəm sirayət.
Hicrin şəbində məqsud yoluni yad qıldım,Bir guşədən görüngil, ey kövkəbi-hidayət.
Sən müshəfi-həyatı yazdıqda dəsti-qüdrət,Yüzün səhifəsinə nəqş etdi yeddi-ayət.
Kirpiklərinlə qaşın, zülfin hürufidir ki,Səbülməsanidə səhh oldu ol kitabət.
Sünbül saçını çözmə kim, necə baş ayaqdaQalır ucundan anın bicürmü bicinayət.
Məşuqinin, ey aşiq, mehri odu yelinəHər dəmdə abü xakə bax, eyləmə şikayət.
Məşuqədən xəbər kim bilmək dilərsə, yansınEşq oduna ki, aşiq budur əssəh rəvayət.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bipavü sər fənadə qalmışdürür Həbibi,Lütfünlə dəstigir ol, fəzlinlə et inayət.
Kitabxana.az · https://kitabxana.az/en/works/habibi-ey-afitabi-dovlet-vey-kovkebi-hidayet
Use ← → keys to move, R for a random poem
More by this author
Dərdi-eşqə hər ki, ol dəmsaz olaOl gərək labüd ki, əhli-raz ola.
Hər kimə həmrah Fəzlullah olaHər kimə həmrah Fəzlullah ola,Ana fəzli-feyz ol Allah ola.
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəhaSünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
Türreyi-tərrarını sən edəlidən piçü tabTürreyi-tərrarını sən edəlidən piçü tab,Canü dildən səbrü aram getdi, gəlməz gözə xab.
Poems by other poets · Love
Sərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Cümə günEy könül, haqqa iladət qıl Cümə gün,Zikr eylə, qəlbin pasını sil Cümə gün.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,