Görəldən zülfi-ənbərbarın, ey dust,Pərişandır bu diləfgarın, ey dust.

Yaşarduqca ləbi-ləlində xəttin,Qızarır atəşi-rüxsarın, ey dust.

Nə şirin abu rəngü xalü xətdir,Şu ziba surəti-pərgarın, ey dust.

Bu gün mahiyyəti sənsən həqiqətBu həftü pəncü nöhlə çarın, ey dust.

Əcəb afətdürür cani-cəhanəO çeşmi-caduyi-əyyarın, ey dust.

Nə rövşən şəmsi-dinü mehri-cansanKi, tutdu aləmi ənvarın, ey dust.

Olubdur qərqi-ənvari-təcəllaHəbibi görəli didarın, ey dust.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yüzün mahin görən mehrinə baxmazO çərxi-atlasi-dəvvarın, ey dust.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love