Erdi qulağıma səhər çün hayü huyi-meykədə,Dər xastəm, kərdəm səfər ma niz suye meykədə.

Rəftəm dər an meyxanəra, didəm bəsi divanəra,Hər dəm peyapey mikəşəd, əz xom səbuye meykədə.

Bir dəm təfərrüc eylədim, çün ol məqami-aliyi,Dərhal məst etmiş məni gördüm ki, buyi-meykədə.

Piri-muğanın yüzünə tuş oldu ol dəm gözlərim,Dedim: nədir rahi-nicat, ey abi-ruyi-meykədə.

Qıldı nəzər çün halimə, bir dolu sundu əlimə,Dedi təbəssüm edərək: künci-kədüyi meykədə.

Ol cami çün nuş eylədim, bu əqli sərxoş eylədim,Görüb təəccüb eylədi cümlə əhli-kuyi-meykədə.

Sən məntiqin dərsin mənə söyləmə, ey müfti, dəxi,Hər müşkili təhqiq edər, çün güftü guyi-meykədə.

Şol Kəbəyi təzvir ilə, ey arizu edən kişi,Olmaq dilərsən can əmin, et arizuyi-meykədə.

De Ruhi-Qüdsi bülbülə, taki edə hərdəm ğülğül,Xamuş etməkdir müdam, gördün ki, xuyi-meykədə.

Etgil təharət, ey fəqih, qüsl eyləgil pakü lətif,Xoş bu rəvan sovidürür çünki abi-cuyi-meykədə.

Təblü ələm meyxanəyə çək, gəl səhər dur şahvar,Gördüm ki, çün eylər xuruş sümayi-nayi-meykədə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Məndən eşit doğru xəbər, edəm sənə söz müxtəsər,Sən, ey Həbibi, dur səhər, et cüstücuyi-meykədə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern