Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.
Valehü biəqlü sərxoş, məstü heyran olmuşuz,Görünəli şol gözü nərgis, yüzü gülgün bizə.
Ruxların şol cami-Cəm giti-nümadır kim yəqin,Rövşən ol yüzdən görünür xaliqi-biçün bizə.
Pür edüb peymanəyi, saqi, əlümə sun müdam,Nuş edəlüm, kim bilür, neydə bu çərxi-dun bizə.
Ol səfa camın peyapey nuş edəlüm, ey həkim,Çunki ol piri-muğandan oldu bu qanun bizə.
Şol ləbi-yaqutini qut etməkiçün canına,Dəmbədəm yedirdügü qandır dili-pürxun bizə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Həbibi, əqli qoy, tut cami-eşqi hər nəfəs,Şöylə layəqəl əli gör kim gülə Məcnun bizə.
Kitabxana.az · https://kitabxana.az/en/works/habibi-dur-seher-ey-saqiyi-can-bir-qedeh-mey-sun-bize
Use ← → keys to move, R for a random poem
More by this author
Kainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edərPərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
Məgər badi-səba zülfin ucundan key pərişandırMəgər badi-səba zülfin ucundan key pərişandırKi, başü canü dil hər dəm ayaq altında rizandır.
Poems by other poets · Love
Bu söz ki var, bunu, ey mahiparə, mən demişəm,Əsir edib məni ol zülfü qarə, mən demişəm.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!