Bu söz ki var, bunu, ey mahiparə, mən demişəm
Bu söz ki var, bunu, ey mahiparə, mən demişəm,Əsir edib məni ol zülfü qarə, mən demişəm.
Sənə nə qədri deyilmişdi, qeyrə yar olma,Hələ bu sözdən əlavə dübarə, mən demişəm.
Solar o gül üzün, əlbəttə, bir zaman, gözəlim,Çox etibar eləmə ruzigarə, mən demişəm.
Cəmalın atəşinə ay və gün deyən çox olub,Üzündə xalına yanmış sitarə, mən demişəm.
İnanma, ey dil, o çeşmi-siyahə, qanın içər,Yaxınlıq eyləmə məstü xumarə, mən demişəm.
Vəfasız olmağını bilməyirdi bir kimsə,Xəlaiq içrə bunu aşikarə mən demişəm.
Ol ahu gözlüyə, Vahid, kəmənd atır əğyarKi, qoymayın onu gözdən kənarə, mən demişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bu-soz-ki-var-bunu-ey-mahipare-men-demisem
Use ← → keys to move, R for a random poem
More by this author
Əhdü peymanı düz olsaydı gülün bülbül üçün,Bülbülün gülşəni tutmazdı sədası gül üçün.
Mən ki candan keçirəm sevgili cananım üçünMən ki candan keçirəm sevgili cananım üçün,O mənim dostumu düşmən törədir canım üçün.
Kim ki, rəqibə minnət edir vəsli-yar üçünKim ki, rəqibə minnət edir vəsli-yar üçün,Bir əndəlibdir, sevinir novbahar üçün.
Nigarım gül üzündən eyləməz bir dəm cüda zülfünNigarım gül üzündən eyləməz bir dəm cüda zülfün,Qurub könlüm quşun seyd etməyə damə bəla zülfün.
Poems by other poets · Love
Eşitmişəm bir neçə əhvalını,Bir özgəyə əhd-i vəfa qılmısan.
Köhnə dostÇoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.