Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm,Səni vəfalı bilib, canfədalıq eyləmişəm.

Rəqibə həmdəm olub, salmısan məni gözdən,Haçankı gün sənə mən bivəfalıq eyləmişəm?

Səninlə yar olalı bir zaman üzüm gülməzKi, bilmirəm sənə nə biədalıq eyləmişəm?

Cəfanı tərk elə, məhparələr cəfa eləməz,Nə müddət idi qapında gədalıq eyləmişəm.

Günüm qaraldı səri-zülfünün xəyalından,Təəccübəm, sənə nə üzqəralıq eyləmişəm?

Kəsib ümidimi, Vahid, mən öz nigarımdan,Səfalı eyşimi axır fənalıq eyləmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love