Məgər badi-səba zülfin ucundan key pərişandırKi, başü canü dil hər dəm ayaq altında rizandır.

Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır.

Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm,Pərişanhalü aşiftə, nizarü zarü giryandır.

Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,Oxuyan müshəfi-candan der ol ayati-Qurandır.

Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqinKi, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır.

Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love