Fədakarənə çıx meydana, əhrarənə cuş eylə,Sipəhsalar olub təftişi-əhvali-cüyuş eylə.

Bu taqi-şö’lədari-rif’əti ehraz lazımsa,Livayi-fəthü kəşfi heydərasa zibi-duş eylə.

Edir pürvəlvələ təbli-rəqabət səhni-imkanı,Təzəlzülbəxşi-hissiyyat olan avazı guş eylə.

Müsəmməmsə xəyalında əgər amali-istiqbal,Atıl meydana şiranə, mühibanə xürüş eylə.

Açıqdır bəzmi-ünsə ünsi-meynuşani-hürriyyət,Şərəfyabi-düxul ol, badeyi-ürfanı nuş eylə.

Şitaban ol da işrətgahi-nuşanuşi-rindanə,Əbayi-zərqi payəndazi-piri-meyfürüş eylə.

Nə gördün mənşəi-vəsvas olan günci-mədarisdə?Qılıb tərki-vəsavis, guş ilhami-sürüş eylə.

Nədir kəsbin əmaimpuş olan əhli-təğafüldən,Təəssüb xirqəsin yax, kisveyi-insafı puş eylə.

Təsəvvüfdən, təəbbüddən nədir əqsayi-amalın?Təriqi-əzmini, zahid, təriqətgahi-huş eylə.

Burax bu qiylü qali-biməali, əhli-mə’na ol,Çiraqi-həqqi rövşən qıl, xürafatı xəmuş eylə.

Əgər mə’mulun isə kəsbi-hissiyyati-hürriyyət,Fədakarani-həqqin pəndi-rə’nasın niyuş eylə,

Dilərsən feyzdar olmaq ülul-əlbabdən, Hadi,Açıb mə’na qulağın, zahiri guşi fürüş eylə!

12 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets