Dəbistan bir baharistan, onun əzhari ürfandır,Dəbistan bir nihalistan, onun əsmari ürfandır.Dəbistan qönçəzari-bülbülani-eşqpərvərdir,Şu baği-dilgüşanın bari-qiymətdari ürfandır.Baxılsa çeşmi-imanla, bütün kaşaneyi-aləmXərababad bir xanə, onun me'mari ürfandır.Dəmiryollar, balonlar, bunca asari-tərəqqibəxş,Bu imrani-cahanın mənşəi-asari ürfandır.Bütün əsrari-məchulə parıldar sübhi-məktəbdən,Dəbistan bir günəş, ənvari-pərtövbari ürfandır.Dəbistan bir qəfəs, şagirdlərdir, bülbüli-lahut,Dəbistan – lərz... onun mə'nayi-mə'nidari ürfandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring