Olmarızmı həqqi-insaniyyədən biz zövqyab?Yoxsa dünyada nəsibi-millət olmuşdur əzab?Kimsəyə olmur əsərbəxşa fəğanü dadımız,Aləmi yandırmayır, bilməm, neçin fəryadımız?Sanma atəşdir ki, rövzənlərdən olmuş şö'lədar,Ahi-cangahi-fəqirandır könüllərdən çıxar.Ah!.. əmniyyətlə olmazmı vətən cənnətmisal,Etmərizmi yari-ümmidi dərağuşi-vüsal?İştə atəşzarə dönmüşdür vətən bidaddən,Dağdari-hüznü qəmdir qəhri-istibdaddən!Qeyrə şəkkər, bizlər üçün zəhr səhbayi-həyat,Duzəx olmuşdur bizə, san kim, behişti-kainat.Ey nəzərgahi-əməl, ey şö'leyi-iqbalımız,Sizlərə vabəstədir tə'mini-istiqbalımız!Gözləriz sizdən bu gündə ən böyük bir iqtidar,Eyləyin ibrazi-qeyrət, millət olsun bəxtiyar!İn'iqad etməkdədir "şurayi-hürriyyətnişan",İştə meydani-hünərdir, bəkləyir bir qəhrəman.Siz də əhrarənə əzmi-ərseyi-meydan edin,Pişi-ənzari-cahanda e'tilayi-şan edin.Eyləyin çeşmi-ümumiyyətdə isbati-həyat,

Bizləri zənn etməsin mövtayiz əhli-kainat.Qayeyi-amalımızdır: millət olsun sübhü şam –Zümreyi-əhrar ilə sağərbədəsti-ehtişam.Mövceyi-nurü ziya saçsın cahanə yuhimiz,Nəş'əyabi-kövsəri-hürriyyət olsun ruhimiz.Çöhreyi-amal olanda xəndərizi-ibtisam,Eylər əqvamü üməm ehraz namü ehtiram.İstəriz bir səslə sizlərdən, ey ərbabi-fətən,Tam hürriyyət ki, məs'ud olsun övladi-vətən!İstəriz rəhyab ola qeydi-əsarətdən miləl,Naili-hürriyyət olmaq bizcə əqsayi-əməl.Sizdən ümmid eyləriz "əfvi-ümum"un çarrəsin,Mədəri-qəmdidə görsün çöhreyi-canpərəsin,Qönçeyi-elmü ədəblə xüldzar olsun vətən,Zibi-ədlü dad ilə pirayədar olsun vətən.Sizlərə təslim olunmuş xidməti təqdir edin,Bir "vətən", bir "millətı"i lövhi-dilə təhrir edin.Xeyri-məxluqi qılın dərpişi-çeşmi-e'tibar,Bəxtiyar olsun cəmaət, məmləkət darülqərar.Sanma şəxsiyyətpərəstan eylər ehrazi-zəfər,Adəm oldur kim, sala nəf'i-ümumiyə nəzər.Mərd lazımdır ki, hifz etsin hüquqi-millətı,Məzhəri-təqdir olsun məsləki-qüdsiyyəti,Hübbi-şəxsiyyət, yəqin kim, salibi-tövfiq olur.Şol dua ilə sizi alqışlayır ixvani-din,Sizlərə tövfiqbəxş olsun ilahül-aləmin!Niyyəti-xalis ilə meydanə girsək, Hadiyə,Bəxtimiz nəcmi olur zinətfəzayi-e'tila.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland