Həqiqəti görürüz biz xəyal şəklində,Hidayəti oxuruz həp zəlal şəklində.

Süturi-nur ilə məstur ikən kitabi-həyat,Üyuni-ümmətə çarpar zilal şəklində.

Miləl gözündə mələkçöhrədir bənati-həyat,Bizə nasıl görünür pirəzal şəklində!..

Bu gülşən içrə çıxar sədhəzar mənbeyi-nur,Nigahımızda kəsilmiş ləyal şəklində.

Əlində sağəri-şadi, qolunda huri-əməl,Məsərrət əhlinə bax infial şəklində!

Hüzuzbəxşi-üməmdir bu nəşvəgahi-sürur,Kəsildi bizlərə darülməlal şəklində.

Səlibi-şə'şə'əpaşi-zəfər görəndə dərəm:Zəvali-milləti seyr et hilal şəklində.

Zülamü vəhşətə məğruq olub da qaldıq, ah,Şu çöhreyi-mədəniyyətdə xal şəklində.

Süxənvəran oxuyur atəşin tərənələri,Bizi bu bağdə kim qoydu lal şəklində?

Yetişdi, dəydi səmərlər şümusi-hikmətlə,Bizi “müəllimimiz” qoydu kal şəklində!..

Bax ol “pəisə” ki, minbərnişini-nəxvətdir!Görür nəvaqisin əmma kəmal şəklində.

“Yəqulü qalə və qilə və fihi qəvlanə”,Bütün məvaizi bir qilü qal şəklində.

Nədir o calibi-vəhşət şu “əngərül-əsvat”?..Siyah fikrdir onlar məqal şəklində.

Kimin dilərsə behiştə, kimin cəhimə atar,Nasıl görür özünü zülcəlal şəklində.

Nə gəlsə ağzına söylər bilamüvazinə həp,Bütün cəmaəti bilmiş xəyal şəklində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets