Həqiqət təlxdir, amma müşabehdir o dərmanə,İçəndə yandırır, sonra həyatə bəxş edir səhhət.Cəsarətlə içənlər kəsb edərlər dadlı bir rahət,Təbibin verdiyi zəhr olsa da bir xəstə insanə.

Şəfabəxşa dəvalər, şübhə yox, dadlı içilməz ya!Mərizin könlü daim turşu istər, buzlu ab istər.Bu cəmiyyət həqiqətdən ziyadə istəyir xülya,Hilali qaşın, ey dilbər, günəşli inqilab istər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love