Qanlı sətirlər və qaileyi-həyat
Hüseyn Rza bəradərimə
Hərbin yenə bir əjdəri-xunxarı dirildi,
Qanlı baxışı sahili-qovğadə görüldü.
Bir sahə ki, eylər baxan ənzari hərasan,
Bir sahə ki, başdan-başa bir məqtəli-insan.
Atəşlə dəmir yağmuru yağmaqda səmadən,
Sirab oluyur yer tökülən qırmızı ma'dən.
"Mey sun bana, ey saqiyi-gülçöhrə, səmadən
Səkran oluyor gavi-zəmin səfki-dimadən".
Bir səhneyi-xun, ərzi-ğünün, saheyi-vəhşət
İlqa ediyor göylərə min lərzeyi-dəhşət.
Başlar kəsilir, qan tökülür, can yanıyor, vah!
Musiqilərin nəğmələri söyləyir: ey vah!
"Ey vah! Bəşər məhv edərək məhv olacaqdır.
Hər ləhzə bu vadiyi-bəla qan dolacaqdır".
Mövtai dişilə baxıyor əhli-həyatə,
Də'vət ediyor canlıları iştə məmatə.
"Tarixə"ə baxın, diqqət edin doğru deyir ya:
Milyardlər ilə qanlar içibdir qoca dünya.
Hala da susuzdur bəşərin qanına zalim,
Yoxluqda qalardın sən, əya qanlı əvalim!
Təqsir təbiətdəmi? Ya bizdəmi? Diqqət!
Naqabili-idrakdurur işbu həqiqət!
Bir öylə həqiqət ki, nə xəndanü nə giryan,
Bədbəxt bəşər! İstərisən sən nə qədər yan!
Yan, yan nə qədər istərisən, yan ki, həqiqət,–
Zənn eyləmə eylər sənə bir zərrəcə şəfqət.
Meydani-dəğa səhni-qitali-bəşəriyyət,
Ən çox qan içənlər sayılır əhli-həmiyyət.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-qanli-setirler-ve-qaileyi-heyat
Use ← → keys to move, R for a random poem
More by this author
Firişteyi-ilhamə*Gözəlliyin sənə bəxş eyləmişdir istiğna,
Baharın ilhamları və ictimai rəmzlərTə'siri əyan olmadadır fəsli-baharın,Şad eyləyəcək dilləri əlhani həzarın.
Kor soqqurDünya üzünə gəldiyi hala neçə ildir,Yer, göy nasıl imiş, buna agah deyildir.
QəmərəEy səmanın qədim olan qəməri,Saneyi-aləmin münir əsəri.
Poems by other poets
Biz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin