Hərbi-müsəlləs, yaxud cəngi-seahəng
Dəryada hərb, yerdə də hərb, asimanda hərb,Ey aləmin ilahi, nədir bunca hərbü zərb?Dünyada hərb al yazılı bir kitabdır,Son bayrağında son sözü: hökmü “limən ğələb”.
Həp dalğalı dənizlərə bənzər həyatımız,Başdan-ayağə qan yeridir kainatımız.Kəşf etməyir bu hikməti-xunini fəlsəfə,Həll etməli bu üqdəni kilki-dühatımız.
Əhli-düha da açmadı əsrari-aləmi,Tənvir qılmadı bu şəbi-tuli-müzləmi.Bu qırmızı qaranlıq olan ərzi-matəmi,Gör, ağ günə çıxarmadı övladi-Adəmi.
Həll olmayır sərairi-məchuleyi-cahan,Ruzi-əzəl kimi əbədiyyət qalır nihan.Nəymiş bilinmədi bu cidalgahi-imtahan,Ey ruhi-ə’zəm, iştə nə yapsın bu gümrəhan?
Yağmırmıdır? Xeyr! Göyün odlar saçır yerə,Mövtün üqabı balü pər açmış səmalərə.Buldum bir ad bu torpağa –səyyarə məqbərə,Səyyarə məqbərən dönüyor indi məhşərə.
Təyyarələr ki, hakimeyi-asiman, əyan.Bəhrü səfinə hərb hökümdari-şan, əyan,Projektor isə pərtövi-xəşyətfəşan, əyan,Alati-ataşin də cəhənnəmnişan, əyan.
Ətraf boş ki, yox bəşərə təkyəgah... ah!Tutmuş rəhi-həyatımızı bir siyah, ay!Şəb çox uzandı, yoxmu həqiqət səbah, ah!Naaföridəmi səhəri-intibah, ah?
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-herbi-muselles-yaxud-cengi-seaheng
Use ← → keys to move, R for a random poem
More by this author
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Səhneyi-mübarizeyi-həyatda şanlı insanlarGirdbadi-həyat önündə bəşər,Müttəsil, mütəssil digirləniyor,
Şeyxlərə-işanlaraAfərin olsun sənə, ey “filusuf”i-zifünun!Pərvərişyabi-fünunun zümreyi-layə qilun.
ŞüurKurluqdan nə yetər, aşiqi-nur olmalıyız,Tərk edib səfsətəni, əhli-şüur olmalıyız.