Fəzilət sahibləri
Mustafa Sübhi bərədərimə
1
İlk əvvəl olurlar hədəfi tiği-bəlanın,
Ən son bilinir qiyməti cümlə füzəlanın.
Duşizə əməl qisməti olmuş budalanın,
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.
2
Nami dirilir, ölsə özü əhli-”rəha”nın,
Parlar sözü, söndükdə lisanı füsəhanın,
Ən sonda gəlir müştərisi “dürr”i-dəhanın,
Bəxt isə, həmaqət kimi: yarı büləhanın.
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.
3
Əyriyi tutar, rastı atar dəsti zamanın,
Hər atdığı düz tir deyilmi şu kəmanın?
Ayinə tutur çöhrəsinə əhli-əmanın,
Ülviyyəti yerdən seçilirmi o səmanın?
Yüksəkliyini bilmədi, bilməz hükəmanın.
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.
4
Daim içiyor abının əshabi-həyanın,
Artırmadadır əkməyini əhli-riyanın,
Zülmətlə boğur bəxtini ərbabi-ziyanın.
Ey dəhri-səfil, arifəmi xas ziyanın?
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.
5
Xülyayə gömülmüş qalıyor adı vəfanın,
Amma ki, həqiqətdir özü zülmü cəfanın,
Cahillərədir meyli səadətlə səfanın,
Daim də gürizandır ümidi ürəfanın,
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.
6
Ağuşi-əsafil yeridir sanki ğinanın,
Vicdani-əalidə yeri rəncü inanın,
Peymanələri dopdolu peymanşikənanın,
Əhli-dilə bax! Yoxsulu bir lövməcə nanın!
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.
7
Qəmlər özü sərmayəsidir həp füqəranın,
Xuni-cigəri badəsi olmuş şüəranın.
Gündüz kimidir talei də “şəbgüzəranın”,
Pabəndi-bəladır dili azadəsəranın,
“Bədbəxt ona derlər ki, əlində cühəlanın –
Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”.
15 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-fezilet-sahibleri
Use ← → keys to move, R for a random poem
More by this author
Baharın abü həvasından istifadə üçün,Müseyrələrdə xüramidədir əhali bütün.
Bariqeyi-zəfər parlayır, istiqbal bizimdirHücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət,
Birinci Dumanın iniqadı münasibətilə söylənmişdirOlub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,
Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir və irae edən bir lövhədirSüyuli-qəm ediyor qəlbimi xərab mənim,Cahanda sanki nəsibimdir iktirab mənim
Poems by other poets
Gər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
TənhalıqYenə yağış yağdı, ildırım çaxdı,Coşdu, dalğa-dalğa çağladı dəniz.
Mənim bir nənəm vardı...Bu gözəl dünyadamənim bir gözəl nənəm vardı.
Pişvaqiədən: Çöhrəi-xurşidi tutmuş ənkdar mə'nəviÇöhrəi-xurşidi tutmuş ənkdar mə'nəvi,Surəti-mehtabı basmış hüzni-tar mə'nəvi