Mənim bir nənəm vardı...
Bu gözəl dünyadamənim bir gözəl nənəm vardı.O, geyimi,sakit yerişi,ağır tərpənişi,titrək əllərinin mehriban nəvazişi iləbaşqa nənələrə oxşardı.Nənəm hər gün obaşdan durar,əvvəlcə namazını qılar,sonra düz bir tabaq xəmir yoğurar,təndiri qalardı.Dan söküləndəKarvanqıranı yola salardı,sonra da astadan deyərdi:– Durun, ay uşaqlar,Xəmir əldən getdi.Qalxardı yataqdan gəlinlər, qızlar...Mən bilməzdim o zamandünyada nə var.Səhər gözümü açıbotağın baş ucundacərgə-cərgə düzülmüşüstü naxışlı fətirləri görərdim.Bir dətəndirin qırağında qaynayan çaydanı.Mən belə görmüşdüm dünyanı...Bir günevimizdə hamıdan qabaq duran,fətir bişirib çay qoyan,bizi işə, zəhmətə,ruziyə, nemətəsəsləyən nənəm,evimizdə hamıdan qabaqgetdi bu dünyadan...Nənəm öldü...Özü demişbiz onu “axirət evi”nə yola saldıq,hamımız nənəsiz qaldıq.Atam şəhərdən zəngli bir saat aldı,bizi vaxtında oyatsın.Gəlinlər, qızlar həresan yatdılar,xəmir vaxtında gəlsin,təndir vaxtında çatsın.Nəvələr də yata bilmədilər doyunca.Sübh oluncaqaldırdılar bizi,– Ey, tənbəllər, qalxın yuxudan.Durun, durun.
Su gətirin,çaydanı doldurun...Hamı deyirdi bir-birinə.Ancaqnənənin yeri görünürdü yenə.Günəş qalxır,atam öküzləri qoşurdu,hələ nə çay qaynayır,nə də fətir bişirdi...Elə bil nənəmlə getmişdievimizin nizamı, qaydası,Nə gəlinlərin harayı,nə də saatın sədası,sakit yerişli,ağır tərpənişlinənəmin yerini vermirdi.Niyə?Heç kəs bu sirri bilmirdi.Hər səhər oyanandayadıma düşürdü,otağın baş ucundaçin-çin yığılmışüstü naxışlı fətirlər.Bir dətəndirin qırağında qaynayan çaydan.Sonra...Eh.. nə deyim...Bir zaman...Bəli, bir zamanBu gözəl dünyadamənim də bir gözəl nənəm vardı,Evimizdə o hamıdan qabaq oyanardı...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-menim-bir-nenem-vardi
Use ← → keys to move, R for a random poem
More by this author
Gəlin, vətəndaşlar, gəlin, a dostlar,Şairin sizlərə şad xəbəri var.
SəttarxanBu şeir 1946-cı ildə Təbrizdə “Şairlər məclisi”nin*təşkil etdiyi müsabiqədə ikinci dərəcəli mükafata*
Vətən məhəbbətiMən hicranla dolu ömür sürmüşəm,Min əzab çəkmişəm, min qəm görmüşəm.
Təbrizin baharıGurşad təzə dayanmışdır... hava durulur,Bulud keçir, göyün üzü görünür təmiz.
Poems by other poets
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Mantiq al-'Ushshaq, chapter 30نخواهم با تو پیوستن به یاریتو خواهی گریه میکن، خواه زاری
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı