Girdbadi-həyat önündə bəşər,
Müttəsil, mütəssil digirləniyor,
Düşüyor, qalxıyor, sürükləniyor...
Fitrətin qüvvətilə pəncələşər.


Atılıbdır, zavallı tək duruyor
Duşi-ömründə bari-qəhri-həyat,
Var məişət yolunda min əqəbat,
Qoşuyor, atlayor, yuvarlanıyor.


Çıxıyor rahi-əzminə dağlar,
Gah coşqun, məxof bir dərya.
Qə'ri müzlim, kənarı-napeyda,
Sərbədüşi-xəyal olur, ağlar.


Qoşuyordu bu bir həqiqət üçün,
Yə'ni bir arizuyi dərdəstə –
Uçuyordu peyində peyvəstə.
Şu məvane' kəsir yolun nə üçün?


Yari-amal üçün gedirdi, vəli
Kəsiyor yə'slər bunun yolunu,
Qırıyorlar ümidinin qolunu.
Tərk qılsınmı şanlı bir əməli?


Ağlayır, ağlayır, cihata baxar –
Görmək üçün məşaili-irşad,
Guşi mövquf seyheyi-imdad.
Ah! Yer-göy bütün sükunətzar.


Zəhrəçak etməsinmi insani
Bu sükuti-əmiqeyi-fitrət?
Məşrəbi-laübaliyi-xilqət
Böyledir, yox lisani-ə'lani.


Qət'i-ümmid edəndə hər yerdən –
Başqa imdadə e'timad edəməz,
Fikri-mövhumə istinad edəməz,
İstər irşadi əqli-ənvərdən.


İştə əzmində qəhrəman insan –
Anlar övhamdan səmər yoxdur,
Əqldən başqa rəhbər yoxdur,
Rahi-amalına olur puyan.


Daha çıxsın dilərsə min əqəbat, –
Aldırırmı? Uçar xəyal kimi.
Önündə əməl,
Yə'si dalda qoyar zilal kimi,
Böylə millət olur səzayi-həyat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets