Dün gedirkən yolumda gördüm ki, –Bir gözəl hüzndari-möhnət idi.Hüsni zəngin, fəqiri-sərvət idi,Cazib idi o çöhreyi-mübki.

Atəşin hüsnü, parlayan ruyu –Könlümə gözlərilə ot atdı.Ruhi-məcruhumu alovlatdı,Oldu zənciri-qəlb hər muyu.

Telləri sanki damgahi-siyah,Baxışı dilfiribü dilbər idi.Yerə enmiş səmavi düxtər idi,Gönlümü ovladı o xüldpənah.

Öylə bir can ki, can alan afət,Həm də canbəxş bir Məsihə idi.Dili sözsüz, gözü fəsihə idi,Gözləri, sözləri gözəldi, əvət.

Göz ki, bir çeşmeyi-bəlağətdir,Pək hərarətli söz axar ondan.Arif anlar bunu, deyil nadan,Göz sözü haizi-fəsahətdir.

Hüsnü məhzun bu dilrüba düxtər,Məni də hüznünə şərik etdi.Parladı, parladı, uçub getdi,Zənn qıldım ki, söndü bir əxtər.

Yerlərin ulduzu, göyün huru,Könlümü ovladı, qürub etdi.Səhəri bad idi, hübub etdi,Mən o hurun bu gün də məshuru.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets