Soruşma halımı, ey dil, bu halım çox pərişandır
Soruşma halımı, ey dil, bu halım çox pərişandır,Fəraqi-yardə əzbəs çəkib qəm, könlüm al-qandır.
Nədən bu çərxi-zalim qəlbi-üşşaqi kəbab eylər,Əlindən əlaman, ey çərxi-dun, dil-mürği büryandır.
Keçirdim, nagəhan düşdü güzarım səmti-bulvarə,Nə gördüm, bir büti-məhru misali-hurü qılmandır.
Töküb zülfün üzə çin-çin, görənlər söyləyir əhsən!Deyirlər, mərhəba, əhsən, bu süni-həyyü sübhandır.
Baxan ol mahi-rüxsarə yəqinən kim, olur heyran,Nə qədri vəsf edim, vəsfi tükənməz, əql heyrandır.
Duranda mən bərabərdə o yari-gülcəmal ilənDedi: – Əl çək, səni tanrı, kənarımdan bir az yan dur.
Dedim: – Qurban sənə canım, qəbul et, mən sənə nökər.Desinlər, yarına Vahid nə yaxşı bəndəfərmandır!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-sorusma-halimi-ey-dil-bu-halim-cox-perisandir
Use ← → keys to move, R for a random poem
More by this author
Səyyar*Göz mərdümi ki, əşk tökər bir gilə sənsiz,
Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Şövq ilə yanaş bülbüli-nalanə, gözəl qız!
Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımızVardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız,Bu gədalıqda idi aləmə sultanlığımız!
Yarəb, tükəndi cəhl ilə səbrü qərarımızYarəb, tükəndi cəhl ilə səbrü qərarımız,Oldu ziyadə möhnəti-qəlbi-fikarımız.
Poems by other poets · Divine love
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Böyük revolyusiyaÜç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Ay AllahŞəhidlərin çoxu mərdlər,Namərdlər artır, ay Allah!