Ey gül, sənə könlümdə məhəbbət yenə vardır
Ey gül, sənə könlümdə məhəbbət yenə vardır,Əvvəl var idi vəslinə həsrət, yenə vardır.
Zülfündən idi sübhə kimi hər gecə söhbət,Hər yerdə, hər işrətdə o söhbət yenə vardır.
Çox zalımı məhv etdi, dəyişdirdi təbiət,Səndə, mələyim, vəhşi təbiət yenə vardır.
Zülfün, nə qəm, eylərsə könül mülkünü yəğma,Fəth etsə qoşun hər yeri, qarət yenə vardır.
Min fitnə yatıb naz ilə ahu baxışında,O məsti-xətadidədə adət yenə vardır?
Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm,Hazırda bizim əsrdə cənnət yenə vardır.
Vahid, bu qəzəldə sənə Möcüz verib ilham,Sənətkar özü yoxsa da, sənət yenə vardır.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ey-gul-sene-konlumde-mehebbet-yene-vardir
Use ← → keys to move, R for a random poem
More by this author
Dilbərim yar olub əğyarə eşitdiyimə görə,Gül gedib həmdəm olub xarə eşitdiyimə görə.
Yaşamaz aşiq olan dövlət ilə cahə görəYaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.
Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!Eşqə duşmuş o da bir başqa müəmmayə görə.
Hər kim məhəbbət əhlini salmış əziyyətəHər kim məhəbbət əhlini salmış əziyyətə,Yox özgə qarğışım ona, düşsün məhəbbətə!
Poems by other poets · Love
Başına döndüyüm, əziz Şikəstə,Dinlə məni, halı yaman olmuşam.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür