Sənin kimi, gözəlim, gülüzarımız vardır,Xəzanə dönməyəcək novbaharımız vardır.

Təranəmiz bürüyüb hər diyarı bülbül tək,Ətirli günlərimiz, laləzarımız vardır.

Bizim kimi hələ də bəxtiyar olan yoxdur,Gözəl zəmanə, gözəl ruzigarımız vardır.

Behişt çiçəklərinin həsrətin çəkən deyilik,Bizim də cənnətə bənzər diyarımız vardır.

Bu sevgi aləmidir, qorxma kimsədən, gözəlim,Sevib, sevilməyə öz ixtiyarımız vardır.

Təbiət indi bizim qarşımızda acizdir,Gözəllik aşiqiyik, iqtidarımız vardır.

Bu fəxrdir bizə, Vahid, həmişə aləmdə –Yanında xalqımızın etibarımız vardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love