Vəfalısan, gözəlim, çəkdim imtahanə səni,Vəfadə tək yetirib gərdişi-zəmanə səni.

Bu etibar ola bilməz bir özgə dilbərdə,Mən indi bilmişəm öz könlümə yeganə səni.

Rəqiblər gözünə kirpiyin batır oxtək,Vəfadə göstərirəm hər zaman nişanə səni.

Qəribə cazibə vardır gözəlliyində sənin,Bərabər eyləmək olmaz bir özgə canə səni.

Sənə bəşər desələr – zülm ediblər haqqında,Təbiət aşiq olub, göndərib cahanə səni.

Sədaqətində dayandın, rəqibə sirr demədin,Elin şəmadəti gərçi gətirdi canə səni.

Deyən demişdi mənə: sevgilin vəfasızdır,Salar o gül yenə, bir gün gələr ki, qanə səni.

Sənin sədaqətini Vahidə özüm demişəm,O da sevir, gözəlim, indi qaibanə səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love