Bayram yeli əsdi, gülüzarım təzələndi
Bayram yeli əsdi, gülüzarım təzələndi,Şadlıq gətirən xəlqə baharım təzələndi.
Hər il bu günü bayram edir xəlqimiz azad,Tarixlərə səbt oldu vüqarım, təzələndi.
Gülşəndə açıb gül, eləyir aləmi xoşhal,Eşq əhlinə xoş nəğməli tarım təzələndi.
Qızlar bürünüb al qumaşa işvə-naz ilə,Könlüm sevən aşiq – deyə, yarım təzələndi.
Ellər geyinər fəxri libasın belə gündə,Həftsin düzülən nəqşi-nigarım təzələndi.
Vahid yazacaq məmləkətə, millətə təbrik,İl döndü, fələk döndü, diyarım təzələndi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bayram-yeli-esdi-guluzarim-tezelendi
Use ← → keys to move, R for a random poem
More by this author
Ömrümü tükətdi bu zəmanə, ölürəm mən,Gəldim bu fəna dəhrdə canə, ölürəm mən.
Aşiq olalı zülfünə, ey gül, dəliyəm mənAşiq olalı zülfünə, ey gül, dəliyəm mən,Öldür məni, asudə elə, ölməliyəm mən.
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.
Könlüm olubdu mail ol yarə, neyləyim mən?Könlüm olubdu mail ol yarə, neyləyim mən?Oldum onun qəmindən biçarə, neyləyim mən?
Poems by other poets · Love
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır