Ömrümü tükətdi bu zəmanə, ölürəm mən,Gəldim bu fəna dəhrdə canə, ölürəm mən.

Bir ləhzə mənim kamımca çərx dolanmaz,Lənət gələ bu dövri-cahanə, ölürəm mən.

Şəmşir qaşın fikri büdür, qanımı töksün,Salma məni nahaq yerə qanə, ölürəm mən.

İnsafmıdı, bu növ verəm zillət ilə can?Hicrində gəlib ahü fəğanə, ölürəm mən.

Mehrabi-qaşın fikri bu xəm qəddimi, ey məh,Döndərdi qaşın kimi kamanə, ölürəm mən.

Könlüm quşu olmazdı o zülfündə giriftar,Bənd eylədi ruyindəki danə, ölürəm mən.

Vahid, desəm öz dərdimi dildarə, inanmaz,Hər növ tutam əldə bəhanə, ölürəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love