Şəhidlərin çoxu mərdlər,Namərdlər artır, ay Allah!Nə sənə səsim-harayım,Nə əlim çatır, ay Allah!

Ha qovsa da kağız-qələm,Həmdəmimdi bu dərd-ələm:Öz içimdə öz zəlzələmAyıqca yatır, ay Allah!

Könül böylə didər kimi?Didər qəsdi, didər kini.Haqq yolunda didərginiHaqqına yetir, ay Allah!

Mən gedərgi, aləm qalır,Bağrı yanıq laləm qalır,Dünya duymaz naləm qalır,Bu nə həyatdır, ay Allah!

Hanı, – dedim, – dünya mənim?Dünya mənim, qovğa mənim.Dərya mənim, dalğa mənim...Öz gəmim batır, ay Allah!

9 iyul 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love