Qayıtma
Gördü öz işini ömür də, vaxt da;Qayıtma geriyə, qayıtma daha.Ötənin, itənin dalınca – baxma,Qayıtma geriyə, qayıtma daha.
Dönüb nə görərsən bu əyri yolda, –Böhtanlar, qeybətlər yarğanı ancaq.Harayla, yüyür də, özünü yor da, –«Gəl» – deyən, «gör» – deyən tapılmayacaq.
İstər at, istər bük, qəlbində gizlə,O sevda işıqdı, ocaqdı keçdi.Üz-üzə dayanıb coşan dənizləBir ovuc qum ilə oynama, gecdi.
Sənə bu gedişdə yetişmək çətin,Kaş ola bu gediş bəxtinə sarı.Kimi uçrumuna ilk məhəbbətin...Kimi də öz qızıl taxtına sarı.
Bir qoşun yoludur bir tale yolu,Mənim də vədimə heç uyma nahaq;Mənim öz dərdimlə ürəyim dolu,Yox əlim əlsizə nə əl tutacaq.
Mən səni yolundan saxlasam belə,Qayıtma, əzizim, geri qayıtma.Kövrəlib, dalınca ağlasam beləDaş bilib üstümdən yeri, qayıtma!
Dönükdən dərs almaq daha pis örnək,Çalış dönməzliyə dönəni gör sən.O nurlu bu gündən zəhlən gedəcək,O alatoranlı dünəni görsən.
Mən dünən, dünənki sədayam, səsəm,Mən dünən, dünənin dünəni bəlkə,Haraya yetməzəm, haya yetməzəm,Atasan bir yolluq o məni bəlkə?
Mən daşam, dəmirəm, torpağam daha,Üstümdən adlayıb yeri, qayıtma!Geridə sən görən mən yoxam daha,Qayıtma, əzizim, geri qayıtma!..
22 avqust 1992
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-qayitma
Use ← → keys to move, R for a random poem
More by this author
İlahi, varımdan yox oldum bu gün,Mən öz yumruğumdan yıxıldım bu gün.
«Nişançı özümüz, hədəf özümüz...»Böyük Sabir demişkən...*Qorxum yox heç nədən, qorxum var haqdan,
Yaşamaq budurmu?Hər gün çıxdığımız çıxılmaz yoxuş,Bu yenib– qalxmanın mənası yoxmuş.
Gözəllik saxladı ölümdən məniMən yenib gedirdim qüruba doğru,Neçə dərd-vəsiyyət qolumun üstə;
Poems by other poets
Dil saçından oldu sevdayi mizac,Cana, şirin ləblərindən et əlac.
Bu yerlərƏzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.