Mən yenib gedirdim qüruba doğru,Neçə dərd-vəsiyyət qolumun üstə;Önümdə bir təzə dünya doğulduSən nazil olanda yolumun üstə.

Hardan bu doğmalıq, bu istək, bu nur!Bu kimin bəxtiydi, bu kimin payı?Ürəyim, ürəyim deməyə qorxur –Bu mənim yol azan qəlbimin payı...

İşıqlı ulduzlar az-az görsənər,Yer kimi göyün də paxılları var.Bu dəmdə, görkəmdə səni görsələrGözünü açmamış batıracaqlar...

Duyğusuz, bu hissi duyası deyil,Nə qədər buxovlar, sədlər, kilidlər...Bu dünya sevgilər dünyası deyil,İtlər dünyasıdır quduran itlər.

Bu necə məleykə – önümdə belə,Axı mən heç vədə sevilməmişdim.

Sevincək olmuşdum, ömrümdə belə,Heç belə, heç belə sevinməmişdim.

Mən tale yoluna tez çıxdım hədər...Sən də çox gecikdin, yadında saxla,Onu itirənlər, onda itənlərNə tapar beləcə sayıqlamaqla!

Zamanın bir çopur daşının altdaGöyərib puç oldu, gör nə günlərim.Köhnə yastıq kimi başımın altda,Saralmış günlərim, köhnə günlərim.

Bu odu odunsuz yanan dünyadaŞeytana göz dikən gözə görünmə,Bu yaman dünyada, yalan dünyadaGözəl ol, amma ki, gözəl görünmə!

Özüm çəkəsiyəm hər ağır yükü!Yorulmam, hər anı bir gün də olsa,O səni yaradan haqqa min şükür!Gözlərim sevindi bir gün də olsa...

Mən yenib gedirdim qüruba doğru,Neçə dərd-vəsiyyət qolumun üstə,Önümdə bir təzə dünya doğulduSən nazil olanda yolumun üstə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets