Dalğa sındıran qaya
Tofiq Mahmuda
Min illərdir hikkə qırır hikkəsi onun,Zərbələri ilk alandır, ilk qaytarandır.Ara-sıra pul-pul qopan tikəsi onunGün dəyəndə qum üstündə köz kimi yanır.
Duruşunun dayağıdır qəzəbi, kini,Kürəkləri kələ-kötür, döşü yonulu.Qoşunundan ayrı düşən sərkərdə kimiNə irəli yolu vardır, nə geri yolu.
Min illərdir o, lal-dinməz, dalğalar harın,Min illərdir bu təmkinlə döyüşür qaya.Hərdən susub, ətəyindən öpən sularınYalmanına dirsək qoyub, töyşüyür qaya.
Hansı aşdı, hansı daşdı hansı lərzədən,Ünvanını itirmişik nə qədər adın.Yaddaşımı oyatmadım, yeri gəlsə dəQayadöşlü oğulları xatırlamadım...
Yenə qaya görkəmində: qaya şax durur,Çətin onu dəniz yıxa, tufan laxlada.O, sahili quduzlaşan sudan qoruyur,Onu sahil küləkləri didir arxadan...
Pitsunda, 15 sentyabr 1981
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-dalga-sindiran-qaya
Use ← → keys to move, R for a random poem
More by this author
Belə çoxumuzu aldatdı zaman,Gülüb, arxamızca daş atdı zaman.
Dalımca gəlməTa mənim dalımca gəlmə, əzizim,Bir şöhrət çəhlimi tap, qoşul ona.
İbrət-nifrət muzeyiSən dünyaya göz açdığın bu diyarda,Ünvan gəzdim.
Göy altında, yer üstündəBu dünya ibrətdi, bu dünya dərsdi,İtirən uduzur,
Poems by other poets
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Badi-Səba, tərəhhüm elə binavalərəBadi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.