Dalımca gəlmə
Ta mənim dalımca gəlmə, əzizim,Bir şöhrət çəhlimi tap, qoşul ona.Çətin cığırımız yollaşa bizim,İz tapaq bir məslək qonşuluğuna.
Sabahın sədası bu gündən gəlir,Taledir quruda tapdığın qayıq.Əvvəlin sonu yox, sonun əvvəli,Sən mənim dalımca daş at da, qayıt.
Göyün hökmü ola,Yerin imzası,Mən özüm istəsəm – dalımca gəlmə.Doğrunun diktəsi, şərin duası«Dalımca gəl desə»,dalımca gəlmə.
Yedəkdə nərin də nərliyi itir,Neçə çubuq yeyir bir tikan üçün.Əsrin günahları gözümdə bitir,Mən kiməm, nəçiyəm bu məkan üçün?
Var təkan verəni cəhdin, həvəsin,Bir gözəgörünməz köməyindədir,Səni yedəyində aparan kəsinÖzü də kiminsə yedəyindədir.
Mən ki yer eşmədim yola çıxmağa,Çəkməyə öz yüküm bəs eylər, atam.Mən öz cığırıma özüm sığmaram,Nə rəva, sığmaza sığmazı dartam.
Noxtası quşquna bağlı yol gedən...Sonrası? – Beləcə adət, öyrəniş!Sonrası? – Ləyaqət gedər əlindən,Sonrası – Alçalış,Sonrası! – Hər iş...
Yoluna yol verməz duman da, çən də,Özün öz yoluna özül olmasan;Arxadan gələn də, öndə gedən də,Ortada qalan da özün olmasan.Sən mənim dalımca gəlmə, əzizim.
Quba, 19 iyun 1991
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-dalimca-gelme
Use ← → keys to move, R for a random poem
More by this author
İlahi, sən saxla, kallaşır insan,Ölüm adiləşir, dərd adiləşir.
Bu millətə nə verdik ki?Bu millətə nə verdik ki?Kimsə qapdı ziyasını,
Yaşamağa nə var ki?Özündən azca uzağıMəni görməyə qoymurlar.
Düşmən qabağından qaçan «kişilər»Başını qorudu boş papağınan,Pay verdi düşmənə zər tabağınan;
Poems by other poets
İnsan gərək özlüyündə düşünə,Necə gəzim, kimlə gəzim, harda mən.
Qəzəl: Keç təğafül birlə məndən ey edən şeyda məniKeç təğafül birlə məndən ey edən şeyda məniKim bu gündə görməsin heç kafir və tərsa məni
ÜstünəMirzə Hüseyn bir kəs olsa vərşikəst,Çox adamlar alır ayaq üstünə,
İləSalam və əleyküm, Çaylı İsmayılAxirət haqqını sədaqət ilə