Qəzəl: Keç təğafül birlə məndən ey edən şeyda məni
Keç təğafül birlə məndən ey edən şeyda məniKim bu gündə görməsin heç kafir və tərsa məni
Zülf tək çulğaşdım ol muyi-miyanın fikrinəSaldı bir incə xəyala bu uzun sevda məni
Məst olan saqi əlindən şüşəni almaq gərəkKönlümü al kim yaman aldı bu istiğna məni
Düşdüm və durdum yolunda hər qədər mina kimiBir ayaq yetirmədi torpağa ol səba məni
Zəəf ruzafzun edər gərilə pünhan cismimiSən tək ey məcnun çox istər az tapar səhra məni
Ta ayağa başımı yetirmədi ram olmadıHəlqeyi-dam eylədi ol ahuyi-rəna məni
İndi Qövsi cövhərim peyda məni ayinə təkHər qədər simab tək bəhs etdi ta peyda məni
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-qezel-kec-tegaful-birle-menden-ey-eden-seyda-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Təzəllümdən usandı, zülmdən dildar usanmazmıCəfa və cövrdən əğyar usandı, yar usanmazmı
Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümüİstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü
Qəzəl: Gəl öz nigahi-rövşən ilə şəm dağımıGəl öz nigahi-rövşən ilə şəm dağımıEy aftab bir gecə yandır çırağımı
Qəzəl: Mənim şux sitəmkarımMənim şux sitəmkarımTəğafüldən usanmazmı