Gəl öz nigahi-rövşən ilə şəm dağımıEy aftab bir gecə yandır çırağımı

Həmçeşmlər xəcaləti saqi yaman olurMey gər yox isə qan ilə doldur ayağımı

Gümnam qıydı bəski məni xaksari-eşqƏnqayi-binişandan alırlar sorağımı

Çıxmaz nəvayi-çəng kimi pərdədən səsimÜstadi-eşq bəs ki burubdur qulağımı

Ta dağ qanlı zəxminə gül basdı lalə təkRəşk atəşi qovurdu sızıldandı dağımı

Oldu füzun gözüm işığı ah-əşkdənYandırdı qönçə kimi yel və su çırağımı

Sərçeşmə bulanmağı suyun dəlilidirHali-dilim sorunca görün göz bulağımı

Bir bəzmə ki fərq olunsa sədr və astanZəncir zülf bağlaya bilməz ayağımı

Qövsi yaxardı nəsli-qəm cavidan məniYandırmasaydı misrəyi-rəngin çırağımı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love