Salam və əleyküm, Çaylı İsmayılAxirət haqqını sədaqət iləBu dostluğu gəl, eyləmə təğafülBəlağət kanısən, fəsahət ilə

Xatirindən bu fəqiri unutmaAğyar ilə belə ülfəti tutmaİndən belə məhəbbəti savutmaAləmlər aləmi zəkavət ilə

Mənim kimi xəstə qədd-i kamanıDost qədimi düz aşinanıSən eyləmə xatirindən nəhanıBaşa yetir bunu təmamət ilə

Mən göndərdim hüzurına cavabıYadıma gətirdim qəmər nəqabıBu miskin aşiqi bağrı kababıBir yarə sal sağ-salamət ilə

Sən gedirsən məni qoyub buradaXaliq səni yetişdirə muradəİstərəm ki, namə gəzə aradəBu ərzimə yetiş icabət ilə

Süvar ol eşq müstəməndinəDüşməyəsən bu şeytanın fəndinəÇünki gedər oldun şad kəndinəBir şirin danışıb məqalət ilə

Mənim könlüm, nə minməsən buraqaHünərin var, qatlaş sənə fəraqaDostum gedir yanımızdan iraqaSur çalınır durub qiyamət ilə

Pəsənd olsun o dərgahə bu qulumZülmət olub mənim nəhar və leylimNə durmusan, mənim ey dəli könlümYoldaşımız gedir cəsarət ilə

Ey Abdulla, nə öyürsən özünüİsmayılın tək yoluna gözünüDaha bəsdir, tamam elə sözünüAzca danış bunu məqalət ilə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets