Bu millətə nə verdik ki?Kimsə qapdı ziyasını,Kimsə pozdu sırasını,Duzla yuduq yarasını,Xörəyinə duz vermədik.

Bu millətə nə verdik ki?İnamını noxtaladıq,İnadını axtaladıq,Var-yoxunu qarmaladıq,Bir çeynəm saqqız vermədik.

Bu millətə nə verdik ki?Halal tikə qənddi, – dedik,Yoxsuluna dərdli, – dedik,Kasıbına mərddi, – dedik,Mərd kasıba qız vermədik.

Bu millətə nə verdik ki?Çiyninə mindik, – öyrəşdi,Bir dillə min dil öyrətdik,Neçə fəndi-fel öyrətdik,Milyon aldıq, yüz vermədik.

Bu millətə nə verdik ki?Biz səhv etdik, batdı qanaMillət ata, millət ana,İlacı qalsın bir yana,Dərdi də ucuz vermədik.

Bu millətə nə verdik ki?Bu millətin səbri böyük,Dözür: dözüm həddinəcən,Dözür: dözüm səddinəcən,Dözür: dözüm xəttinəcən...

Sonra... daha sonra olmur,Sonra qara tufan olur,Sonra «qullar dünyasınınİntiqamı yaman olur...»

16 noyabr 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland