Bağışla, dəniz!
Şəninə nə qədər şer yazmışam,Sahil qumlarına şüar yazmışam.Zəhər içirirkən balıqlarına –Səltənət demişəm buruqlarına.«Meşələr sinənə köçüb» – demişəm.«Hünər dalğaları içib» – demişəm.Qürurla demişəm: cilovlamışıq!Bəs sabah, sabahla necə danışım? –Nə deyək bu günün nəvələrinə?Deyəkmi: qum yeyin kürü yerinə!Deyəkmi: kimlərin qəbrini açın,Neçə sinədəki təltifi açın,Köpük hünərləri dirildin, çəkin!Bir quru şahmayı, bir körpə çəkiBelə hünərlərin yüzündən baha...Sabaha bu günün çiynindən baxanİlhamım, qələmim ayıq deyilsə,Bir sözüm əl deyil, ayaq deyilsə,Boğub tapdamırsa öz günahınıÖzü kəsəcəkdir öz kütahını.Bir az gec ayıldıq, amma ayıldıq,Çirkab nəfəsləri sudan ayırdıq.Təmiz su axtardıq yuyaq suyunu,Təmiz nəfəslərdə tapdıq biz onu.Qopardıq çox şerin mismarlarını,Atdıq sularına misralarını.Hər quru insanı quru saxlamır,Hər baş da ağlını duru saxlamır.Bulanıq suları duruldan diyar,Sözü də qurular, ağlı da yuyar...Dəniz, bu göylüyə bağışla məni,Bir də böyüklüyə bağışla məni!
Avqust, 1981
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-bagisla-deniz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Qətl ilə zindan arasındaAvropa qoyub türkü iki can arasında,Hakim də qalıbdır iki fərman arasında.
Qoyun yuyulmaBol fəsəli yağlandı,Süfrələrə bağlandı.