«Nişançı özümüz, hədəf özümüz»;Dayanaq, sonrası nə ola-ola.Hələlik pis yanmır köhnə odundaBu ocaq, sonrası nə ola-ola.

Ömrümüz qüruba əyilənəcənYorulub bezməyək bu əyləncədən.Dedi-qodu adlı bir əyricədənAtılaq, sonrası nə ola-ola.

Bir az qəlbimizin səsindən qaçaq,Bir az ağlımızın dərsindən qaçaq.İnad ikiləşsə, tərsindən qaçaq,Yad olaq, sonrası nə ola-ola.

Özünü haqq bilsən, məni də haq san,Çətin ki, qovuşaq su olub axsaq.Bir odda külümüz qovuşacaqsa,Od olaq, sonrası nə ola-ola...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets