Çək gətir günəşi, yastığın elə,Tök gətir yaxana düz ulduzları.Sıxaq dan yerinin qızartısını,Silək günbatanın işartısını,Sənin tamahına qulluqçu olaq,Sənin iştahana buyruqçu olaq;Çayları yükləyib çəkək qapına,Selləri yükləyib tökək qapına,Dağları döndərək qızıl qalağa,Dizinə söykəyək qızıl aftafa.Bütün meşələrin yarpağı daş-qaş,Bütün ağacların bəhrəsi daş-qaş; –Yığ sovur, səpələ belədən-belə,Döy, qovur, səpələ belədən-belə.Mən şərik çıxmaram dünyana sənin,

Nura bük, ya bələ dumana, sənin...Bunların hamısı yaxşıdan əla,Əladan yaxşıdır, səncə, eləmi?Bunların heç biri çıxarmaz yolaCındır ilhamınla paslı qələmi.Mən bir göy,Bir sarı yarpaq istərəm,Gözümü doyuram son anımacan;Götürəm payıma düşən dünyanıBəzəyəm sonuncu gümanımacan.

20 oktyabr 1979

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets